Şəhid Tural Rəcəbalıyevin doğum günü məzarı önündə qeyd olunub

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rəcəbalıyev Tural Həmid oğlunun doğum günü anadan olduğu Qalınçaq kəndində qeyd edilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin əməkdaşları, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, şəhidin ailəsi, yaxınları, kənd sakinləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə şəhidin uyuduğu qəbiristanlığa gələrək, məzarının önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

Çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi igidlikdən bəhs ediblər. Hər bir çıxışda şəhidlərin heç zaman unudulmayacaqları ifadə olunub.

Qalınçaq kənd tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.

Daha sonra şəhid ailəsi evində ziyarət edilib, onların qayğıları ilə maraqlanılıb. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Şərh Yaz