Anım günü ilə əlaqədar mərasim keçirilib

İsmayıllı rayonunda 27 Sentyabr – Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə millət vəkili Novruzəli Aslanov, hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak edib.

Rayonun Şəhidlər xiyabanında keçirilən mərasimdə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmənin 44 günə kapitulyasiya edildiyini bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan müharibənin dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdüyünü qeyd ediblər. Bildirilib ki, Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə birləşən Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də “Dəmir yumruq” əməliyyatı adlandırılır. Çıxışlarda Vətən müharibəsində ismayıllıların da böyük qəhrəmanlıq göstərərək yüksək fədakarlıq nümayiş etdirdiyini bir daha qeyd edərək, qələbə yolunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz dərin hüznlə yad edilib, sağlamlığını itirən qazilərə şəfa dilənib.

Həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işlərinin əhəmiyyətini də vurğulanıb.

Şəhid Novruz Həmzəyevin anası Zenfira xanım şəhid anaları adından çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi Vüqar Hacıyev müharibə ilə bağlı xatirələrini bölüşüb və döyüş yoldaşlarının göstərdikləri igidliklərdən bəhs edib.

Məlumat üçün bildiririk ki anım tədbirləri rayonun bütün kəndlərində şəhid məzarları önündə keçirilib, həmçinin şəhid ailələri evlərində ziyarət olunub.

Anım mərasimindən sonra şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keşirilib. Ağacəkmə aksiyasında Eldar şamı, Tuya və Oliandra ağacları əkilib.

Sentyabrın 27-də – Anım Günü ilə əlaqədar saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səs siqnalları verilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şərh Yaz