Gələcəyin necə olacağı önəmlidir

Prezident İlham Əliyevin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Ölkə başçısı ikitərəfli danışıqların mahiyyətli tərəfləri, vacib nüansların yer aldığı sahələrdə tərəfdaşlığın istiqamətlərindən danışıb. Bildirib ki, əməkdaşlıq istiqamətlərinin əsaslarından biri təhsil sahəsidir. Heç də təsadüfi deyildir ki, Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir.

Məlumdur ki, Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Eyni zamanda Azərbaycan İtaliyanı enerji ilə təchiz edən bir ölkədir. Bunun da əsas səbəb göstəricilərindən başlıcası Azərbaycanın təbii qaz və enerji ehtiyatlarına durmadan təlabatın artmasıdır.

Artıq bütün bəşəriyyətə və dünya ictimaiyyətinə məlum oldu ki, Azərbaycan 30 il ərzində işğalda olan torpaqlarını azad etməklə öz müstəqilliyini də bərpa etdi. Sabit siyasi mövqeyə sahib olan Azərbaycan sabit iqtisadiyyatın da bərqərar olmasına nail oldu.

Ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir.

Fərhad Qurbanov,

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini

Şərh Yaz