Sabiq icra başçısının xatirəsi anılıb

Sentyabr ayının 1-də Əməkdar elm və dövlət xadimi, iqtisad elmləri doktoru professor, İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mirdaməd Sadıqovun anadan olmasının 72-ci il dönümü dünyaya göz açdığı və dəfn olunduğu Lahıc qəsəbəsində keçirilib.

Bu münasibətlə RİH-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, qəsəbə sakinləri və yaxınları mərhumun Lahıc qəsəbəsindəki məzarını ziyarət edib, qəbri üzərinə əklil, gül dəstələri qoyublar. Tədbirin iştirakçıları onun bir alim, rəhbər işçi olduğundan artıq sevimli bir el ağsaqqalı olduğunu bildirib, ruhunu ehtiramla yad edib, ailəsinə başsağlığı veriblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz