Vətən müharibəsi qazilərinə və iştirakçılarına medallar təqdim olunub

İsmayıllıda ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik göstərmiş və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Vətən müharibəsi iştirakçısı” medalının təqdimetmə mərasimi keçirilib.

RİH-də təşkil olunan görüşdə RİH-nin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Əfran Nəbiyev, qazilər, Qarabağ müharibəsi veteranları iştirak edib.

Tədbirdə tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi vurğulanıb, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib. Vətən üçün sağlamlıqlarını itirən qazilərimizə minnətdarlıq bildirilib. Torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçular təbrik edilib, şəhidlərimizə rəhmət dilənilib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmaqları arzulanıb. Həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılıb.

Sonra “Vətən müharibəsi iştirakçısı” medalı veteranlara təqdim olunub.

Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkilib.

Şərh Yaz