İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaş qəbulları davam edir

Sentyabr ayının 7-də İsmayıllı Rayon İcra Hakimiyyətində keçirilən vətəndaş qəbulunda rayon sakinləri fərdi qaydada qəbul edilib. Başçı sakinləri narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təklifləri dinləyib.

Vətəndaşlar tərəfindən qaldırılan, narahatlıq doğuran məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına, tətbiqinə ehtiyac olan müraciət və təkliflər nəzarətə götürülüb.

Onu da qeyd edək ki, RİH başçısının bu qəbildən olan qəbulları hər həftənin çərşənbə günündə, təxirə salınmadan, müəyyən olunmuş saatda keçirilir.

Şərh Yaz