Milli-mənəvi dəyərlərin və dini maarifləndirmə effektivliyinin artırılmasında medianın rolu

?????????????????????????????????????????????????????????

?????????????????????????????????????????????????????????

Sentyabrın 9-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektliyinin artırılmasında medianın rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, eləcə də mərkəzin əməkdaşları, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Nurtən Əkbərli, Dağlıq Şirvan Təhsil İdarəsinin əməkdaşı Mayıl Səftərov, Gənclər və İdman İdarəsinin əməkdaşı Rəvanə Firudinli, Gənclərin İnkşaf və Karyera Mərkəzinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Qarşılıqlı diskusiyalar və müzakirələr şəkilində keçən tədbirdə milli-mənəvi dəyərlərimizin təbliği və dini maarifləndirmədə medianın əhəmiyyəti və aparılan işlərin effektivliyi mövzusunda müzakirələr aparılıb.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.

Şərh Yaz