Sakinlərlə yerlərdə görüşlər davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlərin bir çoxu elə yerində də araşdırırlır.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı növbəti görüşünü Müdri kəndinin sakinləri ilə keçirib. Ucqar dağ kəndindəki görüşdə RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Səmimi söhbət şəraitində keçən görüşdə vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib. Sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib.

Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılıb və onların həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli dərin araşdırma, eləcə də vaxt tələb edən məsələlər nəzarətə götürülməklə, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, ucqar kəndlərdə keçirilən səyyar görüşlərin əksəriyyəti vətəndaş-dövlət məmnunluğuna uğur gətirən tədbirlərdəndir.

Şərh Yaz