Basqal görüş yeri oldu

İsmayıllı rayonunun Basqal qəsəbəsində rayon rəhbərliyinin, rayondakı hüquq-mühafizə orqanlarının, eləcə də idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə səyyar qəbul keçirilib.

Ölkə rəhbəri Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində dinlənilir və araşdırırlır.

Görüşdə vətəndaşların müraciətləri, istək və təklifləri, qəsəbənin ümumi problemləri müzakirə edilib.

Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydalar çərçivəsində araşdırılıb. Hər bir məslənin həlli ilə bağlı mümkün tədbirlər müəyyən edilib.

Həlli vaxt və araşdırma tələb edən məsələlər nəzarətə götürülüb. Həmin məsələlər üzrə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qəbulda fikir söyləyən qəsəbə sakinləri üzləşdikləri problemləri diqqətə çatdırmaqla bərabər, ərazidə aparılan son abadlıq və quruculuq işlərinə görə Prezidet cənab İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Şərh Yaz