Şəhid həmyerlimiz Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilmiş genişmiqyaslı silahlı qarşıdurmada sərhədlərimizin toxunulmazlığını qoruyarkən şəhid olan leytenant Elnur Səmədovun nəşi anadan olduğu İsmayıllı rayonuna gətirilib.

Şəhidlə vida mərasiminə İsmayıllı rayonunun rəhbərliyi, əksər idarə və müəssisələrinin əməkdaşları, İsmayıllı şəhərinin və ətraf kəndlərin yüzlərlə sakini gəlib.

Şəhidə ehtiramlarını bildirməyə gələnlərin müşaiyəti və xeyir-duası ilə onun nəşi dəfn olunmaq üçün qeydiyyatda olduğu Sumqayıt şəhərinə yola salınıb.

Şəhid leytenant Elnur Səmədovun axşam saatlarında keçən dəfnində minlərlə Sumqayıt şəhər sakini iştirak edib.

Şərh Yaz