Şəhidlərin xatirəsi yad edilib

İsmayıllıda Gənclər və İdman İdarəsinin və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş uşu üzrə “Dəmir yumruq“ açıq rayon birinciliyi keçirilib.

Olimpiya İdman Kompleksində keçirilən, 13 komanda üzrə 200-ə yaxın idmançının iştirak etdiyi açıq rayon birinciliyində Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi yad edilib.

Müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə müəyyən olunan turnir Beynəlxalq Uşu Federasiyasının qaydalarına əsasən təşkil edilib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində iki gün davam edən yarışlarda I, II və III yerləri tutan idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

Şərh Yaz