Beynəlxalq Sülh Günü ilə əlaqədar sərgi təşkil edilib

21 Sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar olaraq İsmayıllı rayon MKS-nin Hacıhətəmli kitabxana filialı rəsm sərgisi təşkil edib. Sərgidə Hacıhətəmli kənd tam orta məktəbinin şagirdləri olan fəal oxucuların əlamətdar günlə əlaqəli çəkdikləri rəsmlər nümayiş olunub.

Çəkilən rəsmlərdə məktəbli soydaşlarımız müharibənin insanlara yaşatdığı ağrı-acıları təsvir etməklə, dünyanın hər yerində sülhə, əminamanlığa tərəfdar olduqlarını istək və bacarıqları çərçivəsində nümayiş etdirə biliblər.

Balaca rəssamlar bu rəsmləri ilə Azərbaycan xalqının illər uzunu nankor qonşuları tərəfindən işgəncə və amansızlıqlara məruz qalmalarını, eləcə də məğrur, mübariz, qalib xalqın övladları olduqlarını diqqətə çatdıra biliblər.

Sərgiyə baxış keçirənlər balaca istedadlara uğur dolu, müharibəsiz, dinc həyat arzulayıblar.

İsmayıllı xəbərləri”

Şərh Yaz