Şəhid ehtiramla anılıb.

23 sentyabr şəhid müəllim, hamının sevimlisi Famil Əhmədzadənin mövlud günüdür.

Bu münasibətlə İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin müəllimi Gülbəniz Əhmədovanın rəhbərlik etdiyi 9 “B” sinfi şəhidin ailə üzvləri ilə birgə şəhid müəllimin məzarını, məktəbdə yerləşən “Şəhidlər” abidə kompleksini və “Famil Əhmədzadə adına Tarix-Diyarşünaslıq Muzeyi”ni ziyarət ediblər.

Tədbirdəki çıxışlarda ehtiramla anılan şəhidin keçdiyi şərəfli ömür yolu haqqında şagirdlərə geniş məlumat verilib.

Sonda şagirdlər Vətəni, şəhidləri tərənnüm edən şeirlər səsləndiriblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz