Yeni idman zalı

Respublikada ağır atletika idman növünün maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu günlərdə İsmayıllı şəhər Heydər Əliyev adına Parkda yeni ağır atletika idman zalı istifadəyə verilib.

Girdiman” ağır atletika klubunun məşq zalı yüksək standartlara uyğun avadanlıqlarla təchiz olunub. Zövqlə dizayn edilmiş zalda körpücüklər, məşq üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanlıqlar yerləşdirilib. Yeni idman zalında isti döşəmə və havalandırma sistemləri qurulub, paltardəyişmə, duş kabinaları, sauna otaqları, məşqçilərin iş otaqları  yaradılıb, idmançıların istirahəti və bərpa prosesi üçün hər cür şərait formalaşdırılıb. 

Bölgələrdə ən müasir standartlara cavab verən ağır atletika zallarının istifadəyə verilməsi bu idman növünün gənclər arasında populyarlaşmasını təmin edir. Maddi texniki bazanın yaxşılaşdırılması artıq ağır atletika ilə məşğul olmaq istəyənlərin sayının artmasına səbəb olub. Yeni idman zalında təcrübəli məşqçilərin rəhbərliyi altında müxtəlif yaş qrupları üzrə sistemli məşqlər keçirilir. Bölgələrdə yeni idman zallarının açılması ağır atletlərin müxtəlif səviyyəli yarışlara, o cümlədən beynəlxalq turnirlərə hazırlığını təşkil etməyə, o cümlədən yığma komandaların təlim məşq toplanışlarının daha yaxşı təşkil olunmasına imkan verəcək.

R.Firudinli

Şərh Yaz