Təmizliyə riayət edək
İsmayıllı şəhərinin Təbriz küçəsi boyunca yaşayan sakinlərin xahişi nəzərə alınaraq küçənin kənarı ilə qrunt sularının daşyıcısı olan arx məişət tullantıları və alaq otlarından təmizlənmişdir. 350 metr məsafədə uzanan arxın gələcəkdə zibillənməməsi ətrafda yaşayan sakinlərdən xahiş olunmuşdur.
İsmayıllı bələdiyyəsi aparılmış təmizlik işi ilə bərabər şəhər ərazisinin təmiz saxlanmasına diqqəti də vacib hesab edir. Heç də sirr deyil ki, sözügedən arxa məişət tullantıları elə ərazinin təmizliyini tələb edən sakinlər tərəfindən atılıb. Məsələ qəribə görünsə və səslənsə də bu bir reallıqdır.
İsti havalarda, şəhərin qonaq-qaralı vaxtında sanitariya qaydalarına ciddi riayət olunması gözlənilməz xəstəlikərdən və yaradılan səliqəsizlikdən qurtulmağın ən zəruri məqamlarıdır.
Şəhər sakinlərindən bir daha yaşadıqları ərazilərə məişət tullantılarının atılmamasını xahiş edirik.
Evimizi təmiz saxlamaq qonşuların deyil, özümüzün gündəlik işimizdir.
Bu vacib məsələdə üzərimizə düşən məsuliyyətə ciddi yanaşaq. Şəhərimizi təmizləməklə deyil, təmiz saxlamaqla gözəlləşdirək!
Ülkər Əsədova,
İsmayıllı bələdiyyəsinin əməkdaşı