Təhsildə yüksək nəticə göstərmiş məzunların mükafatlandırma mərasimi keçirilib

????????????????????????????????????

????????????????????????????????????
????????????????????????????????????

İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 2021-2022-ci tədris ilində İsmayıllı Rayon Təhsil Sektorunda yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib.

Heydər Əliyev adına parkda təşkil olunan görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdirinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Əliyev, RİH-nin əməkdaşları, YAP İsmayıllı rayon təşkilatının sədri, təhsil işçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdirinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Əliyev İsmayıllı təhsilinin uğurlarından danışıb. O qeyd edib ki, yüksək pedaqoji ənənələri olan İsmayıllı təhsili həmişə yüksək nəticələri ilə fərqlənib və bu ənənə bu il də davam edir.

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək İsmayıllının gələcəyi olan gəncləri tələbə olmaqları münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.

Çıxış edən müəllim və valideynlər respublikamızda, eləcə də İsmayıllıda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, 2021-2022-ci tədris ilində İsmayıllı rayonunda orta ümumtəhsil məktəblərinin məzunlarından 21 nəfəri 600 bal, 68 nəfəri 500-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin məzunu Aydınov Aydın Simran oğlu qazanıb. O, 676 bal toplayıb.

Görüşdə orta məktəbi qızıl medalla qutaran məzunlara medal və atestatlar, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənlərə, həmçinin bir sıra müxtəlif layihə və müsbiqələrdə qalib olmuş məzunlara Fəxri fərman və mükafatlar təqdim olunub.

Sonda xatirə şəkli çəkilib.

Şərh Yaz