2022-ci ilin yanvar-iyun aylarında İsmayıllı rayonunun sosial, iqtisadi inkişafı

Makroiqtisadi göstəricilər

2022-ci ilin yanvar-iyun aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən ilkin məlumatlara əsasən nominal ifadədə 139630,6 min manat həcmində ümumi məhsul buraxılışı olmuşdur. İqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,9 faiz azalmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə nominal ifadədə 3,8 faiz azalaraq 1582,4 manat təşkil edir. Məhsul və xidmətlərin 70,2 faizi istehsal sahələrinin, 29,8 faizi isə xidmət sahələrinin payına düşür.

Hesabat dövründə sənayedə 9248,6 min manatlıq və ya ümumi məhsulun 6,6 faizi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıqa 51211,9 min manatlıq (müvafiq olaraq 36,7 faiz), tikintidə 37614,9 min manatlıq (26,9 faiz), informasiya və rabitədə 756,3 min manatlıq (0,6 faiz), nəqliyyat və anbar təsərrüfatında 3199,9 min manatlıq (2,3 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 37599,0 min manatlıq (26,9 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə real ifadədə kənd təsərrüfatı məhsulunun həcmi 36,9 faiz azalmış, sənaye istehsalı 20,2 faiz, tikinti sahəsi 21,9 faiz, nəqliyyat və anbar təsərrüfatı 37,7 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 16,6 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sektoru isə 1,7 faiz artmışdır.

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 4,4 faiz azalaraq 40105 baş, qoyun-keçilərin sayı 5,5 faiz azalaraq 142126 baş, donuzların sayı isə 14,5 faiz azalaraq 124 baş olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən 2022-ci ilin yanvar-iyun aylarında ət istehsalı (diri çəkidə) 5 ton, süd istehsalı 18 ton, yumurta istehsalı 17 min ədəd artmışdır. Hesabat dövründə 2710 ton diri çəkidə ət, 18633 ton süd, 8636 min ədəd yumurta, 376 ton yun istehsal olunmuşdur.

Yaz-tarla işləri başa çatmış və 2022-ci ilin yanvar-iyun aylarında 2200,8 hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz az yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 263 hektar sahədə dənlilər və dənli paxlalı bitkilər, 100 hektar sahədə qarğıdalı, 242 hektar sahədə dən üçün günəbaxan, 15 hektar sahədə tütün, 726 hektar sahədə kartof, 745 hektar sahədə tərəvəz, 0,8 hektar sahədə bostan bitkiləri, 109 hektar sahədə kölgəliksiz çoxillik otlar əkilmişdir.

2022-ci ilin məhsulu üçün 31042 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 72,5 faizini və yaxud 22495 hektarını dən üçün buğda, 26,6 faizini və yaxud 8269 hektarını dən üçün arpa və 0,9 faizini və yaxud 278 hektarını yaşıl yem üçün arpa əkinləri təşkil edir.

Artıq bitkiçilik məhsullarının toplanışına başlanılmışdır. 2022-ci il iyulun 1-i tarixinə bütün təsərrüfat kateqoriyaları üzrə 9894 hektar sahədən 33375,0 ton dənli və dənli paxlalılar (qarğıdalı ilə birlikdə) yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq göstəricisi 1,2 sentner azalaraq 33,7 sentner olmuşdur. Cari il iyul ayının 1-i tarixinə, 4628 hektar sahədən 16753 ton buğda, 5192 hektar sahədən 16407 ton arpa yığılmışdır. Buğdanın məhsuldarlığı 36,2 sentner, arpanın məhsuldarlığı isə 31,6 sentner təşkil etmişdir. Bu dövrdə 20 hektar sahədən 125 ton paxlalılar toplanmışdır. Paxlalı bitkilərin məhsuldarlığı 29,8 sentner olmuşdur. 2022-ci ilin yanvar-iyun aylarında 2279 ton tərəvəz, 335 ton kartof, 793 ton meyvə və giləmeyvə toplanmışdır. Hazırda sahələrdən məhsul yığımı davam etdirilir.

2022-ci ilin yanvar-iyun ayları ərzində sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 9248,6 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 20,2 faiz artim müşahidə olunmuşdur. Sənaye istehsalının 67,5 faizini emal sənayesi, 24,5 faizini elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizati, 8,0 faizini isə su təchizatı, tullantıların təmizlənməsi və emalı təşkil etmişdir.

2022-ci ilin altı ayında 5378,9 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur. Hesabat dövründə əsas kapitala 13370,8 min manatlıq investisiya yönəldilmişdir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz azalmışdır. Tikinti təşkilatları tərəfindən 37614,9 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrüdən 6758,2 min manat çoxdur.

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi

(ilkin məlumatlar əsasında)

2022-ci ilin

yanvar-iyun ayları (faktiki qiymətlərlə) min manat

2021-ci ilin yanvar-iyun ayları (faktiki qiymətlərlə) min manat

Qiymət indeksi

2022-ci il 2021-ci ilin qiymətlərilə, min manat

Fiziki həcm indeksi, faizlə

Sənaye

9248,6

9390,6

81,9

11287,5

120,2

Kənd təsərrüfatı

51211,9

69011,0

117,6

43558,0

63,1

Tikinti

37614,9

30856,7

100,0

37614,9

121,9

Nəqliyyat və anbar təsərrüfatı

3199,9

2323,4

100,0

3199,9

137,7

İnformasiya və rabitə xidməti

756,3

648,6

100,0

756,3

116,6

Ticarət, nəqliyyat vasitələrinin təmiri

37599,0

32328,3

114,4

32877,9

101,7

CƏMİ

139630,6

143424,8

108,0

129294,5

90,1

2022-ci ilin yanvar-iyun aylarında rayon əhalisinə 113250,0 min manatlıq istehlak malları satılmış, 15762,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə ticarət dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 7,1 faiz çox təşkil etmişdir.

Hesabat dövrüdə informasiya və rabitə xidmətlərinin həcmi 756,3 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 16,6 faiz çoxdur.

2022-ci il iyunun 1-i vəziyyətinə rayonda muzdla işləyən işçilərin siyahı sayı 8682 nəfər təşkil etmişdir ki, onların da 5290 nəfəri dövlət mülkiyyətində, 3392 nəfəri qeyri-dövlət mülkiyyətində çalışanlardır. Bir işçinin orta aylıq nominal əməkhaqqı ilkin məlumatlara əsasən 523,40 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 14,7 faiz yüksək olmuşdur.

Əziz Əzizov, 35

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz