Suyun gigiyenik əhəmiyyəti

Hamı üçün təmiz suyun əlçatmazlığının təmin olunması arzu etdiyimiz təmiz dünyanın vacib elementlərindən biridir.

Dayanıqlı inkişaf məqsədlərinə o cümlədən, sağlam həyat tərzinə nail olmaqla təmiz su və sanitariyanın böyük rolu var. Təhlükəsiz su, sanitariya və gigiyenaya dair tələblərin gözlənilməsi bütün yoluxucu xəstəliklərin qarşısının alınması və yayılması zamanı insan sağlamlığını qorumaq üçün vacib şərtlərdən biri olaraq qalmaqdadır.

Su orqanizmin fizioloji tələbatını ödəməklə yanaşı, həm də mühüm gigiyenik əhəmiyyət kəsb edir.

Su ilə bağlı məqsədyönlü təhsil proqramlarının həyata keçirilməsi əhalinin milli və mədəni xüsusiyyətlərinə dəyər yönümləri və münasibətlərinə uyğun aparılır. Məlumdur ki, təhlükəsiz və dayanıqlı içməli su və kanalizasiya xidmətlərinə çıxış BMT Baş Assambleyası və İnsan Hüquqları Şurası tərəfindən insan hüququ kimi tanınıb, insanların sağlam və ləyaqətli həyat sürməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Çoxsaylı araşdırma və elmi faktlar təsdiqləyir ki, əllərin gigiyenası insanları hər addımda izləyən bir çox xəstəkliklərdən mühafizə edən əsas tədbirlərdəndir. “Təmiz əllər həyatı xilas edir”- şüarı sadə gigiyena proseduru olmaqla dizinteriya, vəba, qarın yatalağı, helmentozlar, hepatit və s. xəstəliklərə qarşı effektiv mübarizə aparmasına, bir çox hallarda kəskin respirator xəstəliklərin qarşısının alınmasına kömək edir.

Bu gün insanlar əllərin yuyulmasının sağlamlığa təsirinə dair məsələlərə bu prosedura evdə və evdən kənarda əməl edilməsinə biganə yanaşmırlar. “Əl gigiyenası həmçinin hər kəsin COVID-19 kimi yoluxucu xəstəliklərin baş verməsi zamanı ötürülməni və digər reaksiyaların sosial-iqtisadi təsirini azaltmaqla özünü və başqalarını qoruya bilməsini təmin edir.

Tez-tez və düzgün əl gigiyenasının gözlənilməsi koronavirus və digər infeksiyaların qarşısını almaq üçün ən vacib tədbirlərdəndir.

Şəxsi gigiyena kompleks qaydalardır ki, bunları icra edərkən insanların sağlamlıqlarını qoruyaraq möhkəmləndirəcək.

Son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturunun digər sahələrində olduğu kimi, içməli su sahəsində də köklü müsbət dəyişikliklərə səbəb olmuşdur. İçməli su sahəsində görülmüş işlər xalqımızın sağlamlığına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş vacib tədbirlər kimi hal-hazırda davam etdirilir.

X.Qəmbərov,

İsmayıllı rayon GEM-nin drektoru

Şərh Yaz