Adamların görən gözü, düşünən beyni və danışan dili

Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir”.

El məsəli

Əsl jurnalist millətin görən gözü, düşünən beyni və danışan dili olmalıdır. Tarixlər boyu hansı millətin jurnalistləri heç kimdən qorxmadan, heç kimə tərəfkeşlik, məddahlıq eləmədən obyektiv formada öz sözlərini deyiblərsə, ağıllı təkliflər irəli sürüblərsə, dövlətin, dövlətçiliyin fornalaşmasında maraqlı təkliflər eləyiblərsə, millətin maarifləndirliməsi yolunda əllərindən gələni əsirgəməyiblərsə, onların mənsub olduğu həmin millət inkişaf edib və başqa millətlərdən seçilib.

Azərbaycan milli mətbuatı da Həsən bəy Zərdabi ilə fəaliyyətə başladığı ilk gündən xalqın yanında olub, onun sözünü deyib və millətin maarifləndirliməsi yolunda böyük işlər görüb. Məhz buna görə də bu gün xalq tərəfindən sevilən və adları həmişə hörmətlə yad edilən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli və başqa yüzlərlə böyük jurnalistlər ordusu yaranıb. XIX əsrin axırları və XX əsrdə Azərbaycan jurnalistikası mübarizələrlə dolu çox böyük və şərəfli bir yol keçib. Onlar hər cürə məhrumiyyətlərə dözərək, millətin inkişafı yolunda bir çıraq olublar desək yanılmarıq. Hətta bu jurnalistlər öz işlərini təkcə jurnalistika sahəsilə bitmiş hesab etməyiblər və onlar həm də bədii yaradıcılıq və hətta dövlətçilik sahəsində böyük işlər görüblər. Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov Azərbaycana rəhbərlik ediblər. Əli bəy Hüseynzadə Türkiyə dövlətinin qurulmasında böyük Kamal Atatürkün yanında olub və ona məsləhətlər verib. Cəlil Məmmədquluzadə maraqlı nasir-dramaturq olub. Azərbaycan peşəkar musiqisi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Azərbaycanın xarici jurnalistikasında Ceyhun Hacıbəylinin xidmətləri əvəzsizdir və danılmazdır…

Mən də bu yazımda həmin jurnalistlərin işini layiqincə davam etdirən və onların davamçılarından biri olan çox maraqlı jurnalist haqqında sizə söz açmaq istəyirəm, əziz oxucular. Bütövlükdə ziyalı olan, yüksək ağlı, erudisiyası ilə ətrafındakıları həmişə maraq dairəsində saxlayan, hər yazısında bir yenilik etməyə çalışan və mənim 30 ildən çox bir müddətə tanıdığım bu insan – Cəmil Zəbhulla oğlu Dadaşov.

Özünün “Ədalət və həqiqət” qəzetini yaratmazdan xeyli əvvəl “Dialoq” qəzetinin aparıcı əməkdaşlarından olan Cəmil müəllim özünə həmkar saydığı müxtəlif mətbuat orqanlarının nümayəndələri ilə çiyin-çiyinə çalışmağı özünə şərəf bilib. O, çox maraqlı şairdir, naşirdir. Onu başqa jurnalistlərdən fərqləndirən ən əsas cəhətlərdən biri, müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin, şəxsiyyətinin 1987-ci illərdə ən fəal təbliğatçılarından və onun siyasətini dəstəkləyənlərdən biri olmasıdır. Heydər Əliyev dünyasını dəyişəndən sonra isə bu siyasətin davamçısı, ağıllı rəhbər, “Dəmir yumruğ”un sahibi İlham Əliyevin həyata keçirdiyi islahatlara özünün dəstəyini verib, elə bir imkanlı baş redaktor olmasa da, özünün mənəvi dəstəyini əsirgəməyib. Bu gün də həmin siyasətin alovlu təbliğatçısıdır. Onun həyatda bir ali məqsədi olub: “Məni haqq yolumdan heç kim döndərə bilməz, haqq gec-tez öz yerini tapacaq və Azərbaycan çiçəklənən dövlətə çevriləcək. Mənim bu yazılarım da bu tərəqqiyə bir hədiyyə ola bilər. Haqq yolumu sonadək davam etdirəcək, ölkəmizin daha da çiçəklənməsi naminə var qüvvəmi əsirgəməyəcəyəm”.

Bəli, Cəmil müəllim düz fikirləşib. Azərbaycan bu gün geriliyin daşını atıb, analoqu olmayan inkişafla irəliyə doğru addımlayır. Buna yalnız sevinmək olar, – deyir Cəmil Dadaşov. Dövlətdən heç bir təmənna ummayan Cəmil müəllim bundan sonra da bu müdrik siyasəti şərəflə dəstəkləyəcəyinə söz verir. Milli dövlətçilik maraqlarına xidmət edən Cəmil müəllimin həyatında büdrədiyi vaxtlar daha çox olub, keçirdiyi sarsıntıları kim yaşasaydı, bəlkə də indi artıq həyatda yox idi. Amma buna baxmayaraq o, əzmlə, səylə çalışır. O, eyni zamanda “Tur-az” TV saytının təsisçisi və baş redaktorudur. Onun bu gün ad günüdür. Ömrünün 61-ci ilini də beləcə əridir. Düşünürəm ki, o, 61 illik ömründə öz yaradıcılığı ilə 100 illik bir ömür sürüb. Axı xeyli müddətdir jurnalistika və bədii yaradıcılıq dövründən o, bir sıra məqalə, oçerk, tarixi, portret yazısı, publisist yazılar yazıb. Satirik şeirlər qələmə alıb. Deməli, bu bir-birindən maraqlı yaradıcılıq nümunələri bizə deməyə əsas verik ki, Cəmil Dadaşovun çox mənalı keçən 61 yox, 100 yaşı var.

Cəmil müəllim jurnalist kimi əhatəsində və ətrafında olduğu adamların görən gözü, düşünən beyini və danışan dilidir. Əlbəttə, heç bir təmənna güdmədən insanların bütün problemlərinin həll olunmasında onların yanında olan belə adamı hamı sevir və qiymətləndirir. Mən özüm dəfələrlə bir sıra adamların ona olan bu böyük məhəbbətinin, hörmətinin, ondan məsləhətlər almasının şahidi olmuşam və həmkarımızın qazandığı bu böyük hörmətə, uğura görə ona fəxarətlə yanaşmışam. Deməli, həyatda daha çox şeyə nail olmaqçün insan dəyişməlidir. Təəssüflər olsun ki, insan xarakteri böyük çətinliklə dəyişir və bu dəyişiklik çox ləng şəkildə baş verir. Bir çoxları bu dəyişiklik uğrunda illərini sərf edirlər. Lakin ən çətin məsələ – həqiqətən dəyişməyi arzulamaqdır.

Bəli, dostumuz Dəmir Qurbanlı da başqalarına yaxşılıq etmək üçün dəyişir və öz işini ikinci plana keçirib, onlara köməklik edir. Beləliklə də sevilir və hamının əziz olur. Yuxarıda yazdığım kimi Dəmir Qurbanlı dövlətə, dövlətçiliyə bütövlükdə sadiq bir insan və dəyərli ziyalıdır.

Jurnalist dostumuz gələcək işləri haqqında soruşanda gülümsünüb belə dedi:

Ən böyük arzum ölkəmizdə heç kəsin çörəyə belə möhtac qalmaması, insanlarımızın rifah halının daha da yaxşı olmasını görməkdir. Mən, dahilərin fikirlərini çox sevirəm və onları yazıram, yeri gələndə də onlardan istifadə edirəm. Həyat və zamanla bağlı dahilərin belə deyimləri var: “İnsanlar qəribə varlıqlardır. Möcüzələrlə dolu dünyada onlar darıxmamaqçün özlərinə və digər insanlara qarşı dürüst olmalı, hər şeyi zamanında etməli, heç vaxt təslim olmamalı, öz məqsədinə doğru getməlidir. Hətta yolunda maneələr olsa belə. Ən dəhşətlisi odur ki, hamı insanlığı dəyişmək istəyir, ancaq heç kim özünü dəyişmək haqqında düşünmür. Güclü insanlar isə həmişə sadə olurlar. Deyirlər ki, heç nəyə təəccüblənməmək dahilərin işidir, amma məncə bu xüsusiyyət axmaqlara da aiddir. Ona görə də böyük Dostayevski deyir ki, həyata yenidən başlasaydım saniyələrin də nəbzini tutar və qədrini bilərdım”. Təkcə yaradıcı insan yox, hər bir adam saniyəsinin də qədrini bilməlidir. Çox təəssüf ki, biz bunu gec, yaşa dolanda başa düşürük. Onda da gec olur…

Dəyərli həmkarımızı 61-ci ad günü münasibətilə təbrik edirik. Ona bundan sonra da yeni-yeni yaradıcılıq uğurları arzu edirik. İnanırıq ki, Cəmil Zəbhullaoğlu böyük əzmkarlıqla həm jurnalistika sahəsində işlərini və həm də bədii yaradıcılığını davam etdirəcək. Çünki dünyada böyük informasiya vuruşu, müharibəsi getdiyi bir vaxtda, respublikamızda belə sanballı jurnalistlərə və öz yaradıcılıq yolu olan nasirlərə xalqımızın böyük ehtiyacı var. O, xeyli müddətdir ki, bir jurnalist və satirik şair kimi qələmini süngü edərək döyüşür və həmişə də haqqı, ədaləti müdafiə edir. Çox istərdik ki, belə bir jurnalistin əməyi səlahiyyətli qurumlar tərəfindən layiqincə qiymətləndirilsin. Axı, haqq öz yerini tapanda daha yaxşı və gözəl olur.

61-in mübarək, Cəmil müəllim!

Daşdəmir ƏJDƏROĞLU və Akif RZAYEV

Şərh Yaz