Yazıçı Əzizə Cəfərzadənin kitablarının təqdimat mərasimi keçirilib

16 avqust 2022-ci il tarixində İsmayıllı Rayon Mərkəzi Kitabxanasında yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin kitablarının təqdimat mərasimi keçirilib.

Tədbir yazıçının həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon MKS-nin direktoru Orxan Ağayev qonaqları salamlayıb və Ə.Cəfərzadənin Azərbaycan ədəbiyatında mövqeyindən, əsərlərinin mahiyyətindən danışıb.

Kitabxananın əməkdaşı Aytəkin Dəmirova yazıçının həyat və yaradacılığı barədə geniş məlumat verib,

Tədbirdə yazıçının oğlu Turan İbrahimov iştirak və çıxış edib. O, yazıçı Əzizə Cəfərzadənin müxtəlif adlı kitablarını kitabxanaya həddiyə edib və hər biri haqqında xoş xatirələrini bölüşüb.

Əzizə Cəfərzadənin gəlini Səadət Ələsgərova da çıxış edərək, yazıçı-alimin necə kübar qaynana, qayğıkeş nənə, mükəməl yaddaşa malik insan olmasından, hər bir əsərinin ərsəyə gəlməsində çətinliklərin öhdəsindən məharətlə gəlməsindən, xüsusi günlərdə bişirdiyi yeməklərdən söhbət açıb.

Sonda xatirə şəkli çəkilib.

Şərh Yaz