Click here to move
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Milli Mətbuat Günü münasibətilə təbriki -

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Milli Mətbuat Günü münasibətilə təbriki

Dəyərli mətbuat işçiləri! Hörmətli qələm sahibləri! Sizi Milli Mətbuat Günü münasibətilə təbrik edirəm.

Dünyanın müxtəlif yerlərində mətbuatın fəaliyyəti fərqli olsa da, onun əsas prinsipi eynidir – cəmiyyəti dürüst informasiya ilə təmin etmək. Bu gün peşə bayramlarını iş başında qeyd edən yüzlərlə jurnalist həm ölkə ictimaiyyətini informasiya ilə təmin edir, həm də vətəndaş mövqeyi sərgiləyərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması missiyasını yerinə yetirir.

Bu yolda şəhid olan jurnalistlərimizi də unutmur, onlara Allahdan rəhmət diləyirəm.

Əziz media dostlarımız, Sizi peşə bayramınız münasibətilə bir daha ürəkdən təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirəm.

Şərh Yaz