Fərdi qaydada qəbul

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayon sakinlərini fərdi qaydada qəbul edərək, onları narahat edən məsələlərlə yaxından tanış olub. Başçı vətəndaşların müraciət və təkliflərini dinləyib. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən rayon rəhbəri diqqətə çatdırılan çatışmazlıqları qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Şərh Yaz