Düşərgədə xoş anlar yaşandı

20 iyul 2022-ci il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə müxtəlif yeniyetmə və gənclər kateqoriyasını əhatə edən İsmayıllı rayonu Topçu kəndində günərzi yay düşərgəsi təşkil olunub. Düşərgədə Şəhid Sübhi Mirzəliyevin övladları, gənc qazilər, Vətən müharibəsi iştirakçıları, mədəniyyət sahəsində çalışan bir qrup yaradıcı və istedadlı gənclər iştirak edib.

Düşərgənin keçirilməsində əsas məqsəd gənclərin milli-mənəvi dəyərləri daha da dərindən mənimsəməsi, yeni bilik və bacarıqlar əldə etməsinə dəstək vermək ,gənclər arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq, eləcə də asudə vaxtlarının səmərəli keçirmələrini təmin etməkdən ibarət olub.

Əyləncəli və maraqlı anlarla yadda qalan düşərgədə gənclərəŞahin” hərbi-idman oyunlarına məxsus çadırın qurulması öyrədilib, Beynəlxalq Şahmat Günü ilə bağlı gənclər arasında şahmat yarışı keçirilib,Vətən müharibəsi iştirakçısı qazi mayor Vüqar Hacıyevin keçdiyi döyüş yolu barəsində özü tərəfindən verilən məlumat gənclər tərəfindən diqqətlə dinlənilib və əyləncəli yarış keçirilib, istedadlı gənclər musiqi nömrələri ifa ediblər.

Şərh Yaz