Şəhidlərə sevgi, futbola maraq

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Castle resort spa” nın maliyyə dəstəyi ilə 16 iyun 2022-ci il tarixdə başlayan, 20 futbol komandasının iştirak etdiyi, İsmayıllı Rayon Heydər Əliyev adına Parkın ərazisində yerləşən futbol meydançasında İsmayıllı şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyinin final mərhələsi 30 iyun 2022-ci il tarixdə baş tutub.
D
övlət himninin səsləndirilməsi ilə açıq elan edilən tədbir müstəqil dövlətin müdafiəsi uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
T
ədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, YAP İsmayıllı Rayon təşkilatının sədr müavini Anar Nəbiyev, RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi Əlişir Süleymanov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “Castle resort spa”nın rəhbəri Azad Əliyev, şəhid valideynləri və futbol həvəskarları iştirak ediblər.
Şəhidlərin əziz xatirəsinin yad edilməsi, futbol idman növünə marağın artırılması və rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin yüksəldilməsi məqsədi daşıyan tədbirdə ictimaiyyət nümayəndələri və şəhid valideyinləri çıxış edərək keçirilən yarışın təqdiredici və vacib olduğunu vurğulayıb, belə tədbirlərin davamlı olaraq keçirilməsini, eyni zamanda, ədalətli və sağlam mübarizənin təmin edilməsi istiqamətində iştirakçılara uğurlar arzulayıblar.
G
ərgin və maraqlı keçən oyunların nəticəsinə uyğun olaraq “Famil Əhmədzadə” futbol komandası birinci, “New Star” futbol komandası ikinci, “Castle Resort Spa” futbol komandası isə  üçüncü yeri qazanıb. Qalib komandalara İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplom,  İsmayıllı “Castle resort spa”nın pul mükafatı və şəhid valideyinləri tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
Final m
ərasiminin mükafatlandırılmasında YAP İsmayıllı rayon təşkilatı tərəfindən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinə uğurlu fəaliyyətinə görə Fəxri fərman, şəhid anaları tərəfindən isə qiymətli hədiyyə təqdim edilib.

Şərh Yaz