Mütaliəyə sevgini artıraq

İsmayıllı Rayon Mərkəzi Kitabxanasında “Mütaliəçilər” kitab klubu Cek Londonun “Martin İden” əsərinin müzakirəsini keçirib.

Əvvəlcə kitabxananın əməkdaşı Vüsalə Məsumova iştirakçılara əsərin müəllifi Cek Londonun həyat və yaradıcılığı haqqında qısa məlumat verib.

Sonra müzakirə qarşılıqlı dialoq şəklində davam etdirilib. Əsərin bugünümüzlə səsləşən, nümunə göstəriləsi məqamları təhlil olunub. Oxucuların çoxsaylı fikirlərinə əsaslanaraq belə nəticəyə gəlinib ki, həyatı ən kiçik təzahürlərinə qədər sevən Martin sonda həqiqəti tapıb və sevgisini itirib.

Sonda iştirakçılar əsər və müzakirə haqqında qısa təəssüratlarını paylaşıblar. Ənənəvi olaraq, növbəti müzakirə kitabı haqqında fikirlər söylənilib.

E.Mikayılova

Şərh Yaz