Ucqar kənddə səyyar qəbul

Vətəndaşların təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq iyul ayının 7-də rayonun Köhnədaxar kəndində səyyar qəbul keçirilib.

Qəbulda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, aparatın məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbul iştirakçıları şəhid Soltan Hüseyinovun xatirəsinə tikilmiş bulağı ziyarət ediblər. Şəhidin ruhuna dualar olunub.

Qəbulda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, İsmayıllı rayonunda görülən işlər barədə sakinlərə məlumat verilib. Bildirilib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən məqsədyönlü işlər bundan sonra da davam etdiriləcəkdir.

Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.

Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra xatirə şəkli çəkilib və kənd ağsaqqalları ilə birgə çay süfrəsi ətrafında səmimi söhbət aparılıb.

Şərh Yaz