İsmayıllıda media tur

22 İyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə “Azərxalça” ASC İsmayıllı emalatxanasına media tur təşkil olunub.

16 iyul tarixində bir qrup müdia işçisi “Azərxalça” ASC İsmayıllı emalatxanasında olub. Media turda jurnalistlərlə yanaşı “Azərxalça” ASC – nin İdarə Heyətinin sədr müavini Emin Əfəndiyev, müəssisənin istehsalat direktoru Əlisəfa Nuriyev və mətbuat katibi Xatuna Abdullayeva da iştirak ediblər.

Tur zamanı emalatxana ilə tanış olan jurnalistlərə həm də qurumda son zamanlarda baş verən yeniliklər təqdim olunub.

Mediaturun təşkil edilməsində əsas məqsəd həm jurnalistləri, həm də cəmiyyəti “Azərxalça”da baş verən yeniliklərlə tanış etmək olub.

Media turdan sonra qonaqlar Babək küçəsi boyunca divar rəsmləri ilə tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir