Dövlət quruculuğu siyasəti uğurla davam etdirilir

İsmayıllı Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək  dövlət qulluğunda çalışanları peşə bayramları münasibəti ilə təbrik edib. Dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran rayon rəhbəri ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Başçı uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyünü qeyd edib.

Natiq cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunmasını, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb.

Daha sonra rayon rəhbəri RİH başçısı aparatının Hüquq Şöbəsinin müdiri Pakizə Abbasovaya “Tərəqqi medalı”nı təqdim edib. Həmçinin bir qrup Dövlət qulluqçusuna RİH başçısının Sərəncamı ilə ixtisas dərəcələri, uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə şəhid Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədova isəƏmək veteranı” vəsiqəsi təqdim edilib.

Dövlət Qulluqçularının Təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə İsmayıllı RİH başçısının Quşencə kənd İƏD-i üzrə nümayəndəsi Yaşar Şirəliyev “Tərəqqi medalı”na layiq görülüb.

Bütün Dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edirik.

Şərh Yaz