Əməkdar müəllim yaradıcılıq gecəsi keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə İsmayıllı Uşaq Kitabxanasında tanınmış ziyalışair və uzun illər təhsil sahəsində çalışmış mərhum Bəbirov Sərxan Sabir oğlunun “Sözümün işiğı” adlı yaradıcılıq gecəsi keçirilib. Gecədə eyni vaxtda müəllifin 4 kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə RİH-nin əməkdaşı, rayon ziyalıları, mərhumun müəllim yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Çıxış edənlər Sərxan müəllimin həm də bir şair olması baxımından ömür yoluna nəzər salıblar. Onun müəllim kimi fəaliyyəti yüksək qiymətləndirib. Söz alanlar mərhumla bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşıblar.

Tədbirdə Respublikanın Əməkdar müəllimi adına layiq görülmüş Sərxan Bəbirovun müəllifi olduğu şeirlər səsləndirilib.

Sonda Respublikanın Xalq artisti Teyyub Aslanov tar-kamanın müşaiyəti ilə şairin qəzəllərindən ibarət muğamlar səsləndirib.

Şərh Yaz