Məqsəd vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsidir

İsmayıllı rayon Heydər Əliyev adına parkda İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə“, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Cəmil Məmmədlinin xatirəsinə həsr olunmuş “Tir atıcılığıüzrə rayon birinciliyi keçirilib.

Tədbirin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, şəhidin xatirəsinin yad edilməsi və ehtiram göstərilməsi, həmçinin bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi olub. 

İlk öncə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz və əbədi xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP İsmayıllı rayon təşkilatının sədri və əməkdaşları, Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti və məktəblərin hərbi hazırlıq müəllimləri, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, şəhid Aqil Mirzəliyevin valideyni Aynurə ana, şəhid Cəmil Məmmədlinin valideyinləri Aygün ana və Habil ata, məktəblilər, eləcə də gənc könüllülər iştirak ediblər.

 Tədbirdə çıxışçılar bu istiqamətdə keçirilən yarışların əhəmiyyətindən söz açaraq iştirakçılara uğurlar arzulayıb və daha sonra isə 60 gəncin iştirakı ilə gərgin və yadda qalan birincilik keçirilib.

Şərh Yaz