Tarixi-mədəniyyət nümunələri nümayiş etdirilib

13 iyun 2022-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Xəzər rayon Gənclər və İdman İdarəsinin  birgə əməkdaşlığı çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə İsmayıllı Rayon Heydər Əliyev adına Parkda rəssam-təlimçi Ümüd Həsənli tərəfindən mastersklass keçirilib. 

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları,  Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhid valideynləri, rəssam-təlimçi Ümüd Həsənli və gənclər iştirak ediblər

Tədbirin açılış mərasimi yekunlaşdıqdan sonra rəssam-təlimçi ilk öncə öz fəaliyyəti və əsərlərinin janrı, fərqliliyi və əsas ideyası haqqında gəncləri məlumatlandırıb. İsmayıllı rayonunun bəzi kəndlərinin də yer aldığı etüdlər iştirakçılara nümayiş olunub və canlı formatda çəkilən rəsm vasitəsilə müvafiq nüanslar təlimçi tərəfindən iştirakçıların diqqətinə çatdırılıb. 

 Daha sonra tədbir gənclər tərəfindən ünvanlanan sualların cavanlandırılaraq, fikir mübadiləsinin aparılması istiqamətində davam etdirilib.  

 Yekunda isə tədbir iştirakçıları ilə birgə İsmayıllı Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub, tarixi-mədəniyyət nümunələrinə baxış keçirilib.

Şərh Yaz