Vəd gerçəkləşib

İsmayıllının Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun Mücühəftəran kəndində yaşayan yəhudi əsilli Miqar Manaşirovun qonağı olub.

Mücühəftəran kəndi ötən əsrlərdə yəhudilərin kompakt şəkildə yaşadıqları kənd olsa da, hazırda kəndin yeganə yəhudi əsilli sakini 89 yaşlı Miqar Manaşirovdur.

Bir müddət əvvəl İsmayıllı nümayəndə heyəti İsraildə olub. İsmayıllı ilə qardaşlaşmış Kiryat Bialik şəhərində İsmayıllı yəhudiləri haqqında çəkilmiş “Mən səni unutsam – Yerusəlim” filminin təqdimatı zamanı filmin qəhrəmanı Miqar Manaşirovun oğlu ilə həmsöhbət olarkən N.Bağırov Vətənə döndükdə ilk fürsətdə onun Mücühəftəran kəndində yaşayan atasını ziyarət edəcəyini bildirib.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov da bu görüşün iştirakçısı olub. Görüş səmimi söhbət şəklini alıb. Başçı ağsaqqalın xatirələrini dinləyib, onun qayğıları ilə maraqlanıb. Söhbət zamanı ağsaqqalın elinə, obasına, yurda bağlılığı diqqət çəkib.

İsmayıllı xəbərləri”

Şərh Yaz