Kitab təqdimatı keçirilib

22 iyun 2022-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazıçı jurnalist Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər şəhidləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidə önünə gül dəstələri qoyulub. Tədbir iştirakçılarının bir qrupu müəlliflə bərabər İsmayıllı rayonundakı Şəhidlər xiyabanını ziyarət edib

Mərasim torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini yad etmək və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb

Tədbirdə çıxış edənlər kitabın ərsəyə gəlməsində əməyə keçən hər kəsə minnətdarlıqlarını bildiriblər. Onlar “İsmayıllının Zəfər şəhidləri” kitabının gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyəti olacağını vurğulayıblar.

Müəllif Yusif Məhəmmədoğlu kitab haqqında bəzi məlumatları diqqətə çatdırıb. Bildirib ki, kitab 44 günlük Vətən müharibəsində canlarını torpaqlarımızın bütövlüyü uğrunda fəda etmiş İsmayıllı şəhidlərindən, onların keçdiyi şərəfli döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edir.

Tədbir “Niyal” xalq çalğı alətləri ansambılının konsert proqramı və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.

Şərh Yaz