Tarixi abidə bərpa edilib

23 iyun 2022-ci il tarixində  İsmayıllı rayonunun mərkəzindən 45 kilometr aralıda, Böyük Qafqaz dağlarının ətəyində yerləşən və qədim tarixi abidələrlə zəngin olan Sulut kəndinin  Əmirxanlılar  məhəlləsində yerləşən XIX əsrə aid tarixi abidələrdən biri – “Qasım bulağı” bərpa edilərək istifadəyə verilib. Uzun illər bərbad və baxımsız halda olan bu abidə kənd sakini Fuad Piriyevin təşəbbüsü və şəxsi vəsaiti hesabına bərpa olunub.

Qasım bulağı” Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb. Tarixi abidə “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC tərəfindən hazırlanan layihə əsasında bərpa edilib.

Açılış mərasimində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsinin müdiri Tərxan Tahirli, qurumun nümayəndələri, baş mütəxəssislər, kənd sakinləri və televiziya kanalları iştirak ediblər.

Çıxışlarda Fuad Piriyevin xeyriyyə məqsədilə qədim abidəni öz vəsaiti hesabına bərpa etməsi təqdir olunub.

Fuad Piriyev 300 ildən çox yaşı olan bulağın atasının vəsiyyəti ilə bərpa etməsindən danışıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz