Dost ölkədən

Abdukamal Şadi oğlu Rəhmanov 1960-cı ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətində təvəllüd tapıb. Milliyəti özbək, təhsili ali, ixtisasca hüquqşünasdır. Məhkəmə-hüquq sahəsində 23, ictimai və dövlət təşkilatlarında 21 illik fəaliyyətə sahibdir.

2010-2015-ci illərdə Özbəkistan Respublikası Ali Məclisinin Qanunçuluq palatasının deputatı olub. Hazırda Özbəkistan “Ədalət” SDP Siyasi Şurası rəisinin müavini vəzifəsində çalışır.

Bədii yaradıcılıqla məşğuldur. Özbəkistan Yazıçılar Birliyinin üzvü, Xarəzm Məmun Akademiyasının fəxri üzvüdür. “Yetkinlyin yeddi sirri” nəsr əsəri, “Səcdəgahım” vəÇinar” adlı şeir kitablarının müəllifidir. “Dostluq” ordeni ilə təltif olunub.

CƏFA YARAŞMAZ….

Başımda azad yurd, abad Vətənim,

Ana Özbəkistan – ata məkanım.

Yüksəkdir dünyada qüdrətim, şənim

Bizə sülh gərəkdir, əda yaraşmaz,

İllət, həsəd, qeybət, cəfa yaraşmaz!

Gərəkdir Vətənin çəmən baharı,

Hər bir vətəndaşın qüruru, arı.

Gərəkdir igidlər şahin-şikarı,

Müsibət, ziddiyyət, dava yaraşmaz,

İllət, həsəd, qeybət, cəfa yaraşmaz!

Gərəkdir doğru söz, kamil insanlar,

Yurd üçün, el üçün köksü qalxanlar.

Teymurbəy, Uluqbəy kimi ərkanlar

Amma heç xaindən nida yaraşmaz,

İllət, həsəd, qeybət, cəfa yaraşmaz!

Gün boyu qəlblərə Rəbbim yar olsun,

Hər gələn ləhzədə gül açar olsun.

Günəşim parlayıb nur saçar olsun,

Heç zaman afətlə bəla yaraşmaz,

İllət, həsəd, qeybət, cəfa yaraşmaz!

Gərəkdir elm, ağıl, savad, bəlağət,

Babur, Birunilər etdiyi cürət,

Bir daha gərəkdir, utanc, ar ismət,

Lakin Qərb səsinə şeyda yaraşmaz,

İllət, həsəd, qeybət, cəfa yaraşmaz!

Millət, elat gərək, gərəkdi dost, yar,

Qonumluq, qonşuluq, həmkarlıq, ilqar.

Həmrəylik və dostluq gərək, qardaşlar,

Heç zaman qəbahət, cəza yaraşmaz,

İllət, həsəd, qeybət, cəfa yaraşmaz!

Kim köçməz, kim qalar dünyanda aman?

Köçənin dalınca daş atmaq yaman.

Ruhlar rahat olsun, etməsin fəğan,

Şəfqətsiz ayrılıq, vida yaraşmaz,

İllət, həsəd, qeybət, cəfa yaraşmaz!

Adam gəlibdirsə, gedəcək bir gün.

Bir kimsə deyildir dünyaya üstün

Gərək izzət, hörmət, gözlərdəki ün.

Rəzalət, zülümkar dünya yaraşmaz,

İllət, həsəd, qeybət, cəfa yaraşmaz!

Bir olsun halallıq, bir olsun iman,

Hər işdə aədalət, əmr edə vicdan.

Dünyanın dibinə enməkçün insan.

Vəfa gərək, bədlik, cəfa yaraşmaz,

İllət, həsəd, qeybət, cəfa yaraşmaz!

Şərh Yaz