Yeni nəşrlər:   “Buludsuz leysan”              

 

İsmayıllı Azərbaycanın mirvarisi olmaqla həm də söz-sənət adamlarının yaşadığı, yazıb-yaratdığı məkandır. Bu fikri bölgədə heykəltaraş, ağacoyma işi üzrə bacarıqlı sənətkarlardan biri kimi tanınan Adgözəlov Qəhrəman Əbülhəsən oğlunun bu yaxınlarda çapdan çıxan “Buludsuz leysan” adlı kitabı da tam təsdiqləyir.

Kitaba müəllifin real həyat həqiqətlərinə söykənən “Buludsuz səma” povesti, “Kəndə gedən yol” hekayəsi, təbiəti, saf sevgini, zəhməti, halallığı tərənnüm edən şeirləri və əl işlərinin bəzi nümunələrini göstərən fotoşəkillər, eləcə də aforizmlər daxil edilib.

Qəhrəman Adgözəlov 1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olub. Orta təhsil alıb, Hərbi xidmətdə olub. 4 övladın qayğıkeş atası, 8 nəvənin mehriban babasıdır. 2019-cu ildə İsmayıllı rayonunda keçirilən “Oxu bayramı”nda ağac üzərində oyma işlərinin mahir ustası kimi Azərbaycan Mədəniyyət Nazirliyinin Diplomuna layiq görülüb.

Rəssam-heykəltaraş, oyma ustası olmaqla, o həm də Girdiman çayı üzərindəki asma “Zərnava körpüsü”nü quraşdırmış mütəxəssisdir.

Həmyerlimizə çalışdığı bütün sahələrdə uğurlar diləyirik.

İsmayıllı xəbərləri”

Şərh Yaz