Şəhidin medalı ailəsinə təqdim olunub                 5

 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Famil Əhmədzadənin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edildiyi “Suqovuşanın azad olunmasına görə” medalı şəhidin ailəsinə təqdim olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi Əfran Nəbiyev ilə birgə şəhidin ailəsini ziyarət edib.  Təqdimat öncəsi F.Əhmədzadənin şərəfli döyüş yolundan və müəllimlik fəaliyyətindən danışıblar.

Atasının Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif olunduğu medal şəhidin oğluna təqdim edilib.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Şərh Yaz