Əməkdar mədəniyyət işçisinin yubileyi qeyd olunub          

 

Əməkdar mədəniyyət işçisi”, “Tərəqqi” medalına layiq görülmüş Sahibə xanım Abdullayevanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Yubiley tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruzəli Aslanov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, idarə, müəssisə, təşkilat nümayəndələri, rayon ictimaiyyəti və yubliyarın sənət dostları iştirak edib.

İsmayıllı UADM-nin direktoru Lətifə Əliyeva yubiley iştirakçılarını salamlayaraq Sahibə xanım Abdullayevanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Tədbirdə iştirak edən millət vəkili Novruzəli Aslanov Sahibə xanımı təbrik edərək, onun yaradıcılıq yoluna nəzər salıb. Qeyd edib ki, həm Respublika, həm də rayon tədbirlərində İsmayıllını layiqincə təmsil edən Sahibə xanıma ən böyük qiyməti ölkə başçısı, Prezident İlham Əliyev verərək onu “Tərəqqi” medalına vəƏməkdar mədəniyyət işçisi” adına layiq görüb. Daha sonra Millət vəkili Sahibə xanıma Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “100 illik yubiley” medalını təqdim edib.

Şərh Yaz