Qalacıq kəndində səyyar görüş                  

 

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllının Qalacıq kəndində Qalacıq və Çəmənli kəndlərinin sakinləri ilə səyyar görüş keçirib. Səyyar görüşdə RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərləri iştirak ediblər.

Görüşdə vətəndaşlar tərəfindən kənddə qaz və enerji təchizatının yaxşılaşdırılması, torpaq məsələləri, Qalacıq məktəbinin istilik sisteminin yenidən qurulması, kənddə uşaq bağçasının tikilməsi, xalçaçılıq sənətinin inkişaf etdirilməsi məqsədilə kənddə olan köhnə xalça sexinin təmir olunaraq yenidən istifadəyə verilməsi, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlər diqqətə çatdırılıb.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Şərh Yaz