Xalq üçün yaşanan ömür                 


10 may 2022-ci il tarixd
ə İsmayılllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
İlk öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub. İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin İsmayıllı rayonuna səfərlərindən bəhs edən film izlənilib və sərgiyə baxış keçirilib.
İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində keçirilən tədbirdə çıxış edən aparıcı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın dövlətçilik tarixində parlaq və silinməz izlər qoymuş böyük şəxsiyyət Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Saleh Valehov çıxış edərək Ulu öndərin müxtəlif dövrlərdə İsmayıllı rayonuna səfərləri haqqında danışıb. Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın hər bir bölgəsinə, eləcə də İsmayıllı rayonuna daim diqqət və qayğısı göstərildiyini bildirib.
Sonda “Niyal” instrumental ansambl
ının solistlərinin, F.Əzimov adına Uşaq İncəsənət Məktəbi şagirdlərdən ibarət xor kollektivinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunan və sevdiyi mahnılardan bir neçəsi səsləndirilib, rəqslər nümayiş olunub.

Gün boyu rayon ictimaiyyəti Ulu öndərin abidəsini ziyarət edib.

Nurtən Əkbərova

Şərh Yaz