Unudulmaz Zərifə xanımın əziz xatirəsinə            

 

O ağıl, o kamal, sədaqət rəmzi,

Bənövşə fəslində tərk etdi bizi.

Üstünə tökülən güllər ağladı,

Ona ana deyən dillər ağladı.

Analıq etdiyi neçə oğul, qız,

Parlaq istedadlar qaldı anasız.

O qüdrət misalı, böyük sərkərdə,

Ağladı, dözməyib bu acı dərdə.

Tabutun üstündə əyilib başı,

Güllərə qarışdı onun göz yaşı.

Kişilər ağlasa, ağlayar Vətən,

Zəriflər zərifi Zərifəmiz sən –

Nə ülvi qadından, nə ülvi xilqət,

Sənsiz gözü yaşlı qalan məhəbbət.

Sənin şöhrət oldu təmiz adına,

Eşq olsun qüdrətli o sərkərdənin,

Qəlbini fəth edən müdrik qadına!

Mirvarid Dilbazi

1985-ci il

Şərh Yaz