Qanunsuz tikinti işləri aparılmasının qarşısı alınmalıdır           

 

Son zamanlar rayon ərazisində qanunsuz tikintilərin müəyyən olunması və vətəndaşlar tərəfindən belə tikintilərin sənədləşdirilməsi ilə bağlı müraciətlərin edilməsi halları artıb. Bu kimi halların qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin iştirakı ilə görüş keçirilib və xüsusi komissiya yaradılıb.

Qanunsuz tikililər ciddi qanun pozuntusu olmaqla bərabər, gələcəkdə vətəndaşların özləri üçün də böyük problemlər yaratmaqla mülki mübahisə predmetlərinə çevrilir. Həmin tikililərin sökülməsi və ya dövlət vəsaiti hesabına konpensasiya edilməsinin çətinliklər yaratdığını nəzərə alaraq aidiyyəti təşkilatlar bu işdə məsuliyyətli olmalıdırlar. Xüsusi ilə də rayon ərazisindən keçən avtomobil yollarının kənarında, rayondaxili turizm marşrutlarının ətrafında primitiv görkəmli, standartlara uyğun olmayan, İsmayıllı şəhərinin və rayondakı digər yaşayış məntəqələrinin memarlıq görkəminə xələl gətirən tikililərin qarşısının alınması üçün komissiyanın qarşısında ciddi tələblər qoyulmuşdur.

Tikinti işləri yalnız Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə müəyyən olunmuş müvafiq rəsmiləşdirmə aparıldıqdan sonra həyata keçirməlidir. Qanunsuz tikintilərin həyata keçirilməsi halları baş verdikdə həm vətəndaşlar, həm də bu işlərə himayədarlıq edən vəzifəli şəxslərlə bağlı qanunamüvafiq qaydada ciddi tədbirlər görüləcək.

 

Şərh Yaz