Çernobıl əlilləri qayğı ilə əhatə olunublar            

 

Çernobıl qəzasının 36-cı ildönümü ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilib.

1986-cı ildə Çernobıl AES-dəki faciə qurbanlarına yardıma tələsən minlərlə azərbaycanlı xilasedici ağır radiasiyaya məruz qalıb. Yüksək şüalanmaya məruz qalan bu insanlar sonradan müxtəlif xəstəliklərə tutulublar.

Lakin 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə Sərəncam imzalayıb. Onların müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanılıb, pensiya və müavinətlər təyin olunub. Bu gün də Çernobıl əlilləri Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar.

Görüş zamanı Çernobıl əlillərinin qayğıları ilə maraqlanılıb, aidiyyəti qurumlara tapşırıqlar verilib.

Çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Şərh Yaz