Sulut kəndində səyyar görüş             

 

Səyyar görüşdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Qəbulda vətəndaşlar tərəfindən kəndə elektrik, qaz və internet xətlərinin çəkilməsi, iş yerlərinin açılması, yarımçıq qalmış torpaq islahatının başa çatdırılması, zəbt olunmuş örüş yerlərinin açılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Vətəndaşların müracətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.

 

Şərh Yaz