Gənc müəllimlər arasında birincilik                    

              

 

29 mart 2022-ci il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı İntelektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə  “Xəmsə” Milli İntelektual Oyunu üzrə gənc müəllimlər arasında rayon birinciliyi keçirirlib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Bəhruz Xələfov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və əməkdaşları, İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədli, İsmayıllı İntelektual Oyunlar Klubunun sədri Azad Manaflı, İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova və gənc müəllimlər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd gənc müəllimlərin dünyagörüşünün genişləndirilməsi və Azərbaycan tarixi və mədəniyyəti üzrə biliklərinin artırılması olub.

Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhadətə ucalmış Vətən müharibəsi şəhidlərinin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən iştirakçılar bildiriblər ki, bu gün ölkə Prezidenti İlham Əliyev  Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub. Tədbir iştirakçıları həmçinin  gənc müəllimlərin iştirak etdiyi yarışı yüksək qiymətləndirib və rayon gənclərinin də bu kimi yarışlarda daim fəal olaraq iştirak etməyi tövsiyə ediblər.

Xəmsə” milli intellektual oyununun nəticələrinə görə, I yeri  İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı məktəb-lisey, II yeri İsmayıllı rayon Topçu kənd tam orta məktəb, III yeri isə İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəb qazanıb.

Qalib komandalar təşkilatçılar tərəfindən öncədən hazırlanmış diplomlarla təltif olunublar.

Şərh Yaz