Taxılçılıqda vəziyyət müzakirə olunub                    

Aprel ayının 6-da Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (ARKTİ) və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə payızlıq taxıllarda becərmə işlərinin vəziyyəti və yazlıq səpinlərin gedişi ilə bağlı iclas keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) akt zalında  baş tutan iclasda ARKTN-nin aparat rəhbəri Rəfail Quliyev, İsmayıllı DAİM-nin əməkdaşları, rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak edib.

Tədbiri giriş sözü ilə RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov açaraq rayonun aqrar sektorunun hazırki vəziyyəti barədə qısa məlumat verib.

Aparat rəhbəri R.Quliyev dünyada baş verən hadisələrin aqrar sektora bilavasitə təsirindən, ərzaqlıq buğdanın qiymət artımından danışaraq baş verənlərin Azərbaycana təsirinin minimuma endirilməsi üçün payızlıq taxıl əkinlərinə qulluq zamanı aqrotexniki tədbirlərin düzgün və vaxtında yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Eləcə də, ərzaq bolluğuna nail olmaq üçün yazlıq səpinlərin optimal müddətdə başa çatdırılmasının, suvarma suyundan düzgün istifadənin və dərmanlama prosesinin vaxtında həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda fermerlərin səsləndirdiyi problemlərlə bağlı suallar cavablandırılıb.

Şərh Yaz