Yaddas kitabcasi

Oxu mədəniyyəti təşviq olunur                       

 

Gələcək nəsillərin savadlı, mədəni, ağıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. İnsanların ictimai şüurunun formalaşmasına və təhsil səviyyəsinin yüksəlməsinə təsir göstərən bir amil kimi mütaliə insanın dünyagörüşünü artırır. İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə, eyni zamanda, onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və sair məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olmaqla yanaşı, geniş düşünmə imkanına malik olur.

İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır. Filosof Spenserə görə, bəşəriyyət həmişə ancaq şəxsi mütaliə yolu ilə müvəffəqiyyətlə inkişaf etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, mütaliə bütün biliklərin əsasıdır.

Ölkəmizi qarış-qarış gəzərək gəncləri, tələbə və məktəbliləri mütaliəyə səsləyən, dəvət edən Cığır Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinə başda Yeganə müəllimə olmaqla əziyyəti keçən hər kəsə minnətdarlığımı bildirirəm. Pozitiv, mehriban və olduqca həvəsli komandasına bu şərəfli missiyada uğurlar arzu edirəm.

 

Şərh Yaz