Yaddas kitabcasi

“Xudafərin körpüsü” müzakirə olunub               

30 mart 2022-ci il tarixdə İsmayıllı rayon Mərkəzi kitabxanasında görkəmli yazıçı Fərman Kərimzadənin “Xudafərin körpüsü” əsərinin müzakirəsi keçirilib. İsmayıllı rayon MKS-nin “Mütaliəçilər” kitab klubunun təşəbbüsü ilə keçirilən dəyirmi masada İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi İsmayıl Faxtiyev, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak ediblər.

“Xudafərin körpüsü” əsərində müəllif XV əsrin axırı, XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələri, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsini özünəməxsus üslubda təsvir edib.

 

Şərh Yaz