Şəhid məzarları ziyarət olunub                   

 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü  ilə bağlı olaraq Şəhidlər xiyabanı ziyarət olunub və Hacıhətəmli kənd qəbirstanlığında anım mərasimi keçirilib.

31 mart  2022-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə idarə əməkdaşları, şəhid anaları və kənd məktəbliləri  İsmayıllı rayonunun Hacıhətəmli kənd qəbiristanlığında türk məzarlarını ziyarət ediblər.

Qeyd edək ki, 1918-ci ildə Türk Qafqaz Ordusuyla Vətənin bu torpaqlarına gəlmiş, savaşmış və şəhid düşmüş, Mustafa Çavuş adı ilə bilinən türk əsgərinin məzarı ziyarət edilib və üzərinə tər çiçəklər düzülüb. Daha sonra Göyçay rayonunun Bığır kənd ərazisində yerləşən türk əsgərlərinin  xatirəsinə ucaldılmış abidə də ziyarət edilib.

 

Şərh Yaz