Şəhidin doğum günü qeyd olunub                    

 

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş tank komandiri Yusifov Ramil Mürşüd oğlunun doğum günü  anadan olduğu Ağbulaq kəndində, dəfn olunduğu məzarı yanında qeyd olunub.

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin, İsmayıllı Gənclər və İdman İdarəsinin əməkdaşları ilə bərabər  yaxınları, kənd sakinləri şəhidin məzarını ziyarət ediblər.

Çıxış edənlər şəhidin şərəfli ömür yolundan danışıblar. Şəhidin ailə üzvlərinə başsağlığı verilib, ruhuna dualar oxunub. Ağbulaq kənd məktəbinin şagirdləri şəhid Ramilə həsr etdikləri şeirləri səsləndiriblər.

Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq bildiriblər.

Şərh Yaz